Qubada 2 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 4 sentyabr tarixində məlumat verir.

Hadisə sentyabrın 3-ü saat 17:25-də qeydə alınıb. H.Əliyev prospektində (“Qafqaz oil”in yanında) “Opel” markalı avtomobil “VAZ-2106” markalı avtomobilə arxadan çarpılıb.
Şahidlərin sözlərinə görə, “06”da sərnişin ayağından, “Opel”də isə sərnişin üz nahiyəsindən xəsarət alıblar.

Əraziyə polis əməkdaşları cəlb olunublar.