Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov görüş keçirib. Bu barədə ShimalNews 4 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.
Toplantıda Ağsaqqallar Şurasının üzvləri yeni icra başçısına təbriklərini çatdırıblar. Daha sonra rayon rəhbəri onların təklif və istəklərini dinləyib.
İ.Mahmudov bildirib ki, şuranın ictimai həyatda fəallığı təmin ediləcək və yaşayış şəraitinin daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.