Quba şəhərində gənc müəllimlər üçün təlimlər keçirilib. Bu haqda ShimalNews 4 sentyabr tarixində “Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyi”nə istinadən məlumat verir.
“Gənc müəllimlər dilimizin keşiyində” adlı təlimlərdə “Heydər Əliyev ili”nə həsr olunan kiçik qrant müsabiqəsinin qalibləri olan Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.
Tədbirlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.