Bu gün Qubadan olan alim Vahid Əliyevin doğum günüdür. Bu haqda ShimalNews 4 sentyabr tarixində məlumat verir.

Vahid Əliyev 4 sentyabr 1945-ci ildə II Nügədi kəndində anadan olub.

1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu müvəffəqiyyətlə bitirərək “Alim aqronom” ixtisasına yiyələnib. Bu müddət ərzində Quba rayonu meyvəçilik sovxozunda meyvəçi aqronom və baş aqronom vəzifələrində işləyib. Daha sonra Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına daxil olub. 1978-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi, 1986-cı ildə isə “Meyvəçilik” ixtisası üzrə baş elmi işçi adını alıb.

Vahid Əliyev 1975-ci ildən 2004-cü ilə kimi Az.ETB və SBİ-də (hazırkı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) kiçik elmi işçi, elmi katib və elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. 2013-cü ilədək Quba Regional Aqrar Elm Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib.

Uzun müddət Azərbaycan Genetika və Seleksiyaçılar Cəmiyyəti Quba filialının sədri olub. 2015-ci ildə İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.