İsmayıllıda badam yığımı mövsümu başlayıb. Bu barədə ShimalNews 4 sentyabr tarixində Baku TV-yə istinadən məlumat verir.

Xəlilli kəndində bir həftədən çoxdur ki, tədarük prosesi başlayıb. Yığılan məhsullar təmizlənir, qablaşdırılır və respublikamızın bazarlarına satışa çıxarılır.

Baş aqronom Famil Həsənov bildirir: “30 min ağacımız var badam bağında. Hər hektara 660 ədəd ting yetişdirmişik burada. Keçən il məhsulumuz 50 ton olub, bu il 80-100 ton məhsul gözləyirik bu ağaclardan.”

Xəlilli kəndində 40 ha badam bağı salınıb. Daimi olaraq ,aqrotexniki işlərin aparılması istiqamətində 50-60 nəfər çalışır. Bununla əhali işlə təmin edilir.