Xaçmaz çimərliklərində təmizlik işləri aparılıb. Bu barədə ShimalNews 2 sentyabr tarixində məlumat verir.

“Xəzəri qoruyaq!” adlı aksiya Azərbaycan Skautlar Assosiasiyasının dəstəyi ilə həyata keçirilib. Tədbirə 20-yə yaxın Xaçmazlı skaut, onların dəstə lideri Təranə Fərzəliyeva və Milli Baş Müvəkkil Ülvi Məmmədov qoşulublar.

Dəniz sahilindən ümumilikdə 500 kq-a yaxın tullantı toplanılıb.