Quba-Xaçmaz yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 2 sentyabr tarixində məlumat verir.

Hadisə 15:45 radələrində yolun Xaçmaz dairəsindən Quba istiqamətində olan hissəsində qeydə alınıb. “Opel” markalı avtomobil və evakuator toqquşub. Nəticədə avtomobillər yararsız hala düşüb. Əraziyə təcili tibbi yardım cəlb edilib.