Körpə uşaqlar üçün kiçik yataqlar bir çox xalqlarda var. Ləzgilərin də maddi mədəniyyətinin mühüm obyektlərindən biri uşaq beşiyidir. Bugünkü reallıqlarda onun istifadəsi nəzərəçarpacaq dərəcədə azalıb.
Keçmişdə sərt dağlıq şəraitdə uşağın sağlam böyüməsində beşik mühüm rol oynayırdı. Onu, əsasən, ağacdan düzəldirdilər və ləzgi dilində ona k’eb (“кьеб”) deyirlər.
Beşik – uşağın “ilk evi” keçmişdə hər bir ləzgi ailəsində olardı. O, həm soyuq qış gecələrində, həm də isti yay günlərində rahat olur.
Nəsildən-nəslə ötürülə bilən k’eb müqəddəs sayılır. Ələcə də onunla bağlı bəzi inanclar var. Məsələn boş beşiyi yelləyəmək olmaz, böyüklər ona və ya onun üzərinə əyləşə bilməzlər, onun üzərindən addımlamaq olmaz.
Həmçinin pis gözdən qorunmaq üçün yatağın üzərinə amuletlər asılır. Qorxuya qarşı isə yastığın altına çörək və ya bıçaq qoyula bilər.
Körpəni beşiyə qoymağın özünəməxsus qaydası və düzgün bələmək üsulu var. Bunu gəlinə qayınanası öyrədirdi. Uşağın bədəni iki enli kəmər (və ya lentlə) bağlanaraq beşiyin altından bərkidilirdi. Bu, körpənin beşikdən düşməyəcəyinə əmin olaraq onu nəzarətsiz qoymağa imkan verirdi. Hətta müasir bezlərin (pampers) olmadığı dövrdə körpələrin altı quru qalırdı. Bu mukur (“мукIур”) adlanan xüsusi boruların həsabına mümkün olurdu. Mukurun başlığı oğlanlar üçün dairəvi və dar deşikli, qızlar üçün isə geniş və oval dəliklə olur.



