Şimal bölgəsindən olan müəllimlərin peşəkar bacarıqlarının artırılmasına  yönəlmiş layihə başlayıb. Bu haqda ShimalNews 2 sentyabr tarixində Azərbaycan Müəllim İnkişafı Mərkəzinə (AMİM) istinadən məlumat verir.

“Tədris planlarının işlənilməsi” mövzusunu əhatə edəcək təlim sentyabr və oktyabr aylarında icra olunacaq. Təlimlər AMİM-in tərəfdaşı olan Avropa Azərbaycan Məktəbinin 27 təlimçisi tərəfindən aparılacaq.

Təlimin sonunda bütün iştirakçılar Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada qiymətləndirilərək müvafiq sertifikatlarla təltif olunacaqlar.