Qusar Olimpiya İdman Kompleksində badminton idman növü üzrə Respublika birincisi, eyni zamanda Serbiyanın Novi Sad şəhərində keçirilmiş “Youth International” turnirinin ikincisi olan Həbibə Quliyeva ilə görüş keçirilib. Bu barədə ShimalNews 2 sentyabr tarixində məlumat verir.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov görüş zamanı gəncimizlə maraqlı söhbət aparıb, gələcək turnirləri müzakirə edib və sonda yeniyetmə idmançıya gələcək yarışlarda və təhsilində uğurlar arzulayıb.