Mustafa Kazdal məscidi Qusar şəhərində yerləşir.
İbadətgah 1998-ci ildə Türkiyə Diyanət İşlər Bakanlığı tərəfindən inşa olunub, 26 aprel 2000-ci ildə isə istifadəyə verilib. Binanın tikintisi Türkiyə vətəndaşı Mustafa Kazdalın vəsiyyəti və şəxsi vəsaiti ilə tikilib. Bu haqda məscidin kitabəsində belə yazılıb: “Kusar Mustafa Kazdal Cami. Mustafa Kazdalın katılrı ile Türkiye Diyanet vakfı tarafından yaptırılmışdır. 1998”.
İbadətgah düzbucaqlı formadadır. Məscidin giriş hissəsindəki tavanı artırılıb. İbadət evi Azərbaycan memarı Uğur Miralayevin layihəsi əsasında osmanlı memarlığı üslubunda inşa olunub. İbadətgah iki mərtəbədən ibarətdir. Məscidin 13 günbəzi, 40 metrlik minarəsi var. İbadət evinin tutumu 750 nəfərdir. Məscid sal daşlarından inşa olunub. İbadət evinin bir neçə tağvari pəncərəsi var.
İstinad edilən mənbələr:
- Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
- Azərbaycan tolerantlıq məkanı. Bakı-2018.
- Azərbaycanın İslam inciləri. Bakı-2015.