Qubada son 3 ayda narkotiklərlə bağlı polis 70 əməliyyat keçirib. Bu haqda ShimalNews 2 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.
Qanunsuz dövriyyədən ümumi olaraq təxminən 11 kq marixuana, 5 kq heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kq olan 95 ədəd çətənə kolu çıxarılıb.
Eləcə də rayonun müxtəlif ərazilərində yabanı halda bitən 8 ton 11.455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.