Qubada Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı görüş keçirib. Bu haqda ShimalNews 2 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.

Görüşdə “Valideyn İnkişaf Platforması” layihəsinin 39 nəfər valideyni və onların övladları iştirak ediblər. Tədbirdə onlar üçün “Özünü tanıma”, “Məqsədlər” və “İxtisas seçimi” mövzularında təlim keçirilib.

Layihənin məqsədi şagirdlərin ixtisas seçimi zamanı valideynləri ilə daha uğurlu ünsiyyət qurmalarını təmin etmək, öz maraq və meyillərinə uyğun sahələrə yönləndirilməsinə dəstək olmaqdır.