Qubalı şəhid baş leytenant İsmət Hacıyevin həyat yoldaşı tələbə adını qazanıb. Bu haqda ShimalNews 2 sentyabr tarixində məlumat verir.
Ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Məlumata görə, şəhidimizin xanımı L.Hacıyeva bakalavr olub.
İsmət Hacıyev 1993-cü il yanvarın 20-si Qubada anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Həmin gün Suqovuşan uğrunda gedən döyüşlər zamanı şəhid olub.