Qubalı idmançılar Avropa çempionatının qalibləri olublar. Bu haqda ShimalNews 2 sentyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

İstanbulda gənclər arasında kikboksinq üzrə Wako Avropa çempionatı keçirilir. İdmançılarımız Merad Gəncəliyev I yerə, Emil Gəncəliyev II yerə, Elton Hacıyev, Allahverdi Dəmirov və Səfərəli Vəhədov III yerə layiq görülüblər.

Qaliblər məşqçilər Telman Məhərrəmov və Yusif Ələskərovun yetirmələridir.

Çempionat sentyabrın 3-dək davam edəcək.