Bu gün Xaçmazda “Xəzəri qoruyaq!” aksiyası keçiriləcək. Bu barədə ShimalNews 1 sentyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Tədbir zamanı Xəzərin Xaçmaz sahili ərazisi tullantılardan təmizlənəcək. Ekoloji aksiya Beynəlxalq Sahilyanı Təmizlik Günü kampaniyası çerçivəsində həyata keçirilir. İştirak etmək istəyən sakinlər dəvətlidirlər.
Artıq 10 ildən çoxdur ki, dəniz çimərliklərimizin ümumilikdə 55 ha-dan çox ərazisi təxminən 45 ton məişət tullantısından təmizlənib.