Qusarda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Bu haqda ShimalNews 1 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Bala Qusar kəndi ərazisində “VAZ” markalı minik avtomobili ağaca çarpılıb.  Əraziyə cəlb edilən müvafiq xilasetmə qüvvələri maşında köməksiz qalan şəxsi çıxarıblar. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasına təhvil verilib.