Quba Müalicə Diaqnostika Mərkəzində həkim ölümü qeydə alınıb. Bu haqda ShimalNews 1 sentyabr tarixində məlumat verir.

Kamran Paşayev 31 avqust tarixində işdən çıxıb evə gedən zaman halı pisləşib. O, ürək ağrısı ilə Diaqnostika Mərkəzinə gəlib. Həkimlərin səylərinə baxmayaraq o, saat 20:00 radələrində dünyasını dəyişib.

Dəfn mərasimi bu gün saat 15:00-da Quba şəhər qəbiristanlığında keçiriləcək.

Paşayev Qusar Mərkəzi Rayon Xəstəxanasının direktoru vəzifəsində çalışıb. Bundan əvvəl o, Quba MDM-də cərrahiyə şöbəsinin müdiri vəzifəsini icra edib.