Qusarın Hil kəndi uzun müddətdir ki, işıq təminatında nasazlıqlar var. Bu haqda ShimalNews 1 sentyabr tarixində məlumat verir.
Sakinlərin sözlərinə görə, ötən gecə saat 23:00 radələrində elektrik təminatı bir neçə məhəllədə dayandılırıb və hələ də bərpa olunmayıb.
İddia olunur ki, Yasab və Piral kəndləri Hil kəndinin transformatoruna qoşulub. Buna görə elektrik təsərrüfatı gərginliyə tab gətirmir. Eləcə də xətlərin yararsız halda olması hava şəraiti pisləşdikdə elektrik təminatında fəsilələrə səbəb olur.
“Hava çönən kimi işıqsız qalırıq. Məişət texnikası, kombilər və digər cihazlarımız sıradan çıxır. Artıq 17 saata yaxındır ki, işığımız yoxdur ”, – deyə oxucu bildirib.