Əməkdar artist, rəqqasə Aliyə Ramazanova dünyasını dəyişib. Bu haqda ShimalNews 1 sentyabr tarixində məlumat verir.
Aliyə Ramazanova 7 fevral 1941-ci ildə Qusar rayonunda anadan olub.
1958-1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunur. Onun “Uzundərə”, “Sarı gəlin” və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümumələrindəndir.
82 yaşlı Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.