Qubada müəllimlər üçün psixologiya üzrə təlim təşkil edilib. Bu barədə ShimalNews 1 sentyabr tarixində Psixologiya Elmi Tədqiqat İnstitutuna istinadən məlumat verir.

“Uşaq psixologiyasının əsasları” adlı təlim 31 avqust tarixində baş tutub. Bura ümumi təhsil müəssisələrində çalışan müəllimlər qoşulublar.

Təlim Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.