Qubada “Dağ havası” istirahət mərkəzinin qarşısında tullantıların qalaqlanması faktı aşkar edilib. Bu haqda ShimalNews 1 sentyabr tarixində xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov faktla bağlı açıqlama verib.
Bildirilib ki, Afurca kəndində nəzarət tədbirləri keçirilib. Nəticədə sahibkar Murad Osmanov barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.