Qubada 67.999 ha sahəni suvarmaq üçün 96 milyon kubmetr su istifadə olunub. Bu haqda ShimalNews 1 sentyabr tarixində xəbər verir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov təsərrüfat sahiblərinin fasiləsiz suvarma suyu ilə təminatının davam etdiyini bildirib.
Onun sözlərinə görə, havaların yağıntılı keçməsi təminatın çətinliksiz keçirilməsinə töhfəsini verib. Bununla belə, torpaq kanallar lil və kol-kosdan təmizlənir və hidrotexniki qurğuları təmir edilir.
Həmçinin Qusarçayın Quba rayonu, Çartəpə kəndi ərazisindən keçən hissəsində bəndvurma işlərinə də başlanılıb.
