Ümumi təhsil müəssisələrində vakant olan vəzifələrə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir. Bu haqda ShimalNews 1 sentyabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə (RTİ) istinadən məlumat verir.

Sənəd qəbulu tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə sentyabrın 1-dən 7-dək davam edəcək. Müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanılması, test və müsahibə) ibarət olacaq.

Tələb olunan sənədlər:

– şəxsiyyəti təsdiq edən sənədin surəti;

– əmək kitabçasının surəti;

– ali təhsil haqqında sənədin və əlavənin surəti;

– kadrların uçot vərəqi;

– tərcümeyi hal.

Namizədlər üçün tələblər aşağıdakılardır:

– pedaqoji ixtisas üzrə ali təhsil;

– 3 ildən az olmayaraq pedaqoji staj;

– hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

Sənədlər Regional Təhsil İdarəsinə təqdim edilməlidir. Vakansiyalarla linkə daxil olaraq tanış olmaq olar.