Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov sakinlərin səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 1 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.
Görüşdə Rayon Polis Şöbəsinin rəis müavini, RİH yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinlər Adur kəndində qəbiristanlıq yolunun dağıldığını bildiriblər. Həmin ərazidə qayalıq olduğuna görə xüsusi texnika tələb olunur.
Məsələnin həlli üçün T.İbrahimov məsul şəxslərə müvafiq tapşırıqlar verib.