Qubada köhnə avtovağzal yaxınlığında taksi sürücüləri arasında münaqişə baş verib. Bu haqda ShimalNews 1 sentyabr tarixində xəbər verir.
Hadisə “Beşmərtəbə” adlanan ərazidə avqustun 31-i saat 19:00 radələrində qeydə alınıb. Nəticədə həmin şəxslər bir-birinin avtomobillərinə zərər vurub, şüşələrini qırıblar.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Sürücülər saxlanılaraq polis bölməsinə aparılıblar.

Şahidlər davanın müştəri üstündə başladığını bildiriblər.