Xaçmazda 31 il sonra dəfn edilən şəhid Adil Niftəliyevin anım mərasimi keçirilib. Bu barədə ShimalNews 31 avqust tarixində məlumat verir.

Mərasim Kiçik Baraxum kəndində şəhidimizin doğma evində baş tutub. Burada onu ailə üzvləri, yaxınları, icra başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Adil Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşüb. Onun meyitinin qalıqları tapılaraq Dədəli kənd qəbiristanlığında ata və anasının məzarlarının yanında dəfn edilib.