Bu gün Xaçmaz şəhərində sertifikasiya imtahanının ikinci sessiyası təşkil edilib. Bu haqda ShimalNews 31 avqust tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş tutmuş imtahanların ikinci sessiyasında 48 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib.
Daha öncə təhsil işçilərinin sertifikasiya imtahanının birinci sessiyası barədə məlumat verilmişdi.