Xaçmaz şəhərində keçirilən təhsilverənlər üçün sertifikasiya imtahanında iştirak edənlərin sayı açıqlanıb. Bu haqda ShimalNews 31 avqust tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Bu gün pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri, həmçinin imtahanda könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsil işçiləri test imtahanlarına qatılıblar. Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təşkil olunmuş imtahanların birinci sessiyasında 21 nəfər ibtidai sinif müəllimi iştirak edib.