Qanunsuz ova cəhd edən Xaçmaz sakini saxlanılıb. Bu haqda ShimalNews 31 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzərli kəndi ərazisində nəzarət tədbirləri keçirilib. Monitorinq zamanı ov etmək istəyən Əlhəm Xəlilov müəyyən edilib.

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.