Qusarda Aqrar İnnovasiya festivalı keçirilib. Bu haqda ShimalNews 31 avqust tarixində “AgroStar Azerbaijan” QSC-yə istinadən məlumat verir.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan festivalda 30-a yaxın toxumçu, 60-a yaxın şirkət öz məhsullarını nümayiş etdirib. Toxum yarmarkasında Quba, Xaçmaz, Qusar, Xızı, Şabran, Siyəzən rayonlarının fermerləri və toxum istehsalçıları iştirak ediblər.
Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.