Qusarda səhiyə işçiləri üçün maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 31 avqust tarixində məlumat verir.

Toplantı Qusar Rayon Mərkəzi Xəstəxanasında baş tutub. “Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhalinin fiziki aktivliyinin artırılması” mövzusunda təşkil edilən tədbirə təhsil və mədəniyyət işçiləri də qatılıblar.

Çıxış edən natiqlər gənclərə gündəlik fiziki aktiv hərəkətlər etməyi tövsiyə edib, sağlam qidalanmağın və fiziki aktivliyin gənc nəslin inkişafında vacib rol oynadığını bildiriblər.

Tədbir boyunca mövzuya uyğun hazırlanmış videoçarx iştirakçılar tərəfindən izlənilib.