Qusarda ağır atletika idman növü üzrə rayon birinciliyi keçirilib. Bu haqda 31 avqust tarixində ShimalNews Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.

Yasab kəndinin Mədəniyyət Klubunda baş tutan turnirdə 4 çəki dərəcəsində 35 idmançı yarışıb. Sonda I, II, III yerləri tutmuş atletlərə medal, müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Yarış Quba-Xaçmaz Regional Gİİ-nin təşkilatçılığı və Yasab kənd bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.