Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Qubaya yeni icra başçısı təyin olunub. Bu barədə ShimalNews 31 avqust tarixində məlumat verir.
Qərara əsasən, İlqar Akif oğlu Mahmudov RİH-nin rəhbəri vəzifəsini icra edəcək.
İ.Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri işləyib. O, əvvəllər sabiq təhsil naziri Misir Mərdanovun köməkçisi olub.