Qubadan olan Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova bakalavr olub. Bu barədə ShimalNews 31 avqust tarixində məlumat verir.

Ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. K.Allahyarova Azərbaycan Universitetində Mühasibat ixtisası üzrə qiyabi təhsil alacaq.

Baş gizir Ş.Allahyarov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ailəsinə son müraciətində oğluna onun adının verilməsini vəsiyyət edib.