Qubalı idmançı Zəfər Abdurrahmanov Fəxri fərmanla təltif olunub. Bu haqda ShimalNews 31 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
İdarənin rəisi Nəcəf Novruzov MMA döyüşçüsü ilə görüşüb, onunla kikboksinq və MMA idman növləri üzrə keçiriləcək yarışlar müzakirə edib.
Görüşün sonunda Azərbaycan idmanını beynəlxalq arenalarda layiqincə təmsil etdiyinə, əldə etdiyi yüksək nailiyyətlərə görə Zəfər Abdurrahmanov təltif edilib.