Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 31 avqust tarixində məlumat verir.
Hadisə avqustun 30-u, saat 18:45 radələrində Fətəlixan küçəsində qeydə alınıb. “Land Cruiser Prado” markalı avtomobil növbəsini gözləmədən dönmə əməliyyatı edib. Bu zaman “Mercedes” markalı avtomobil ona arxadan çarpılıb.
Xəsarət alan olmayıb. Əraziyə polis və sığorta əməkdaşları cəlb ediliblər.