Dağlıq ərazidə itkin düşən alimlər İsmayıllıya təxliyə ediliblər. Bu barədə ShimalNews 30 avqust tarixində məlumat verir.
İki gün öncə alimlər Elnur Nəciyev və Emil Cəbrayılov Qubadan İsmayıllı rayonu istiqamətində hərəkət edərkən köməksiz vəziyyətə düşmüşdülər. Ərazini yaxşı tanıyan “Şahdağ” Milli Parkı əməkdaşlarının axtarışları nəticəsində onlar tapılmışdılar. Lakin dumanlı hava və relyefin mürəkkəb olması dağdan enməyə imkan vermirdi.
Dünən axşam saatlarında itkin düşənlər xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.