Qubada Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Börosunun (ATB) Regional seminarı keçirilib. Bu haqda ShimalNews 31 avqust tarixində Azərtac-a istinadən məlumat verir.
Tədbirdə Şimal Bölgəsi üzrə Destinasiya Menecmenti Planı (DMP) nəzərdən keçirilib və bu fəaliyyət planında təklif olunan layihələrə dair rəylər toplanılıb. Həmçinin layihənin turizm diaqnostik təhlilinin nəticələri də paylaşılıb.
Seminarda Quba və Qusar RİH-ləri, Quba və Qusar Bələdiyyələri, İqtisadiyyat Nazirliyinin Regional bölməsi, Mədəniyyət Nazirliyinin Regional bölməsinin nümayəndələri ilə yanaşı, digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.