Vətən müharibəsi şəhidi Sübhi Mürsəliyevin oğlu tələbə adını qazanıb. Bu haqda ShimalNews 31 avqust tarixində məlumat verir.
Rüstəm Mürsəliyev Azərbaycan Texniki Universitetinin Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi fakültəsinə qəbul olub. O, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin məzunudur.
Sübhi Mürsəliyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” medalı, sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.