Quba və İsmayıllı rayonlarında “Təmiz ölkəm” aksiyası çərçivəsində tədbir təşkil olunacaq. Bu barədə ShimalNews 31 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
İməcilik işləri 2 sentyabr tarixində saat 10:00-da meşəbəyliklərdə keçiriləcək. İştirak etmək istəyən sakinlər bura dəvətlidirlər.
Nazirlik hər kəsi təbiət qoynunda dincələrkən təmizliyə riayət etməyə çağırır.