Quba rayonunda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ictimai iaşə müəssisələrində monitorinq keçiriblər. Bu barədə ShimalNews 31 avqust tarixində məlumat verir.
Nəticədə Timirzayev qəsəbəsində yerləşən “Prichol” kafesində nöqsanlar aşkar olunub.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması müəyyən edilib.
Obyekt sahibinə qarşı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.