Xaçmaz şəhərində zəncirvari qəza baş verib. Bu haqda ShimalNews 30 avqust tarixində məlumat verir.

Yol-nəliyyat hadisəsi bu gün saat 11:00-da 20 Yanvar küçəsi ilə Atatürk küçələrinin kəsişməsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Kia” markalı avtomobil 20 Yanvar küçəsi ilə hərəkət edən “Prado” markalı avtomobilə yol verməyib. Toqquşma nəticəsində onlar qarşı tərəfdə yolunu gözləyən “Nissan” markalı avtomobilə çarpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə DYP əməkdaşları cəlb olunublar.