Xaçmazda icra başçısı Elnur Rzayev vətəndaşların müraciətlərini dinləyib. Bu haqda ShimalNews 30 avqust tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Bu dəfə səyyar qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər. Görüşə gələn vətəndaşlar işlə təmin olunma, torpaq sahəsinin sənədləşdirilməsi, qaz təchizatının bərpası, yolların təmiri, su və kanalizasiya xətlərinin yenilənməsini icra başçısı ilə müzakirə ediblər.

Qəbul zamanı bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bəzi məsələlərin həlli məqsədilə isə aidiyyəti şəxslərə tapşırıqlar verilib.