Xaçmazda “Enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 30 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinə istinadən məlumat verir.
Təlimdə 16 nəfər iştirak edib. Onlara ekspert tərəfindən hibrid sistemlər, “on-grid” və “off-grid” sistemlər, onların xüsusiyyətləri, alternativ enerji mənbələri, bərpa olunan enerji mənbələri və onların tətbiqi, enerjiyə qənaət edilməsi yolları barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.