Şimal bölgəsi rayonlarına ötən gecə yağan leysan xarakterli yağış bir sıra fəsadlar törədib. Bu haqda ShimalNews 30 avqust tarixində məlumat verir.

Yağıntı ən çox Quba, Qusar və Xaçmaz şəhərlərində qeydə alınıb. Yağan yağış nəticəsində bəzi evlərin həyətlərinə və zirzəmilərinə su dolub. Sel şəhərlərin küçələrinə çınqıl və palçıq gətirib.

Xaçmaz şəhərinin bəzi yerlərində və Qusarın 3 kəndində və şəhər mərkəzində elektrik təsərrüfatına ziyan dəyib.

Hazırda yağıntı fasilələrlə davam edir. Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:

Şimal: leysan xarakterli intensiv yağış yağıb Şimal: leysan xarakterli intensiv yağış yağıb