Quba, Qusar, Xaçmaz rayonlarından olan din xadimləri növbəti tədbirdə iştirak ediblər. Bu barədə ShimalNews 30 avqust tarixində məlumat verir.

“Din və həmrəylik” adlı layihə Qusarda 3 gün ərzində həyata keçiriləcək. Onun təşkilaçısı Mənəvi Dəyərlərin Təbliği Fondudur.

Seminarın əsas məqsədi ölkəmizdə vəhdət və dini həmrəylik ənənəsinin qorunması, tarixi köklərə və milli təfəkkürə əsaslanan tolerant, multikultural mühitin gücləndirilməsi, eləcə də məzhəblərarası münasibətlərin inkişafına töhfə verməkdir.

Layihədə, eləcə də Ağcabədi şəhəri, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarından olan din xadimləri də iştirak edirlər.

31 avqusta kimi Qusarın dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, eləcə də ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulub.