Gecə saatlarında şimal bölgəsinə yağan güclü yağışlar qatarların hərəkətinə maneə yaradıb. Bu barədə ShimalNews 30 avqust tarixində məlumat verir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına görə, Biləcəri-Yalama istiqamətində Zarat dəmiryol stansiyası və Giləzi-Zarat mənzilində infrastruktura ziyan dəyib.
Hərəkətin bərpa edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Artıq yük qatarları fəaliyyətini davam etdirir.