Şahdağ Milli Parkının ərazisinə Almaniyadan daha 36 yeni zubr gətiriləcək. Bu haqda ShimalNews 30 avqust tarixində məlumat verir.

Heyvanlar artıq səfərə hazırdır. Berlin zooparkında toplanan zubrlar təyyarə ilə Azərbaycana göndəriləcək. Bununla da İsmayıllıda iribuynuzluların sayı artıq 48-ə çatacaq.

Zubrların reintroduksiya layihəsinin 2028-ci ilə qədər davam etdirilməsi və heyvanların sayının 100 başa çatdırılması nəzərdə tutulub. Bu proses IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilir.