Qubalı idmançı Səyyad Dadaşov Beynəlxalq Universitet İdman Festivalında qızıl medal qazanıb. Bu barədə ShimalNews 30 avqust tarixində məlumat verir.

Yarış Rusiyanın Yekaterinburq şəhərində təşkil olunub. Səyyad 54 kq çəkidə mübarizə aparıb. O, ilk olaraq Rusiyanı təmsil edən erməniəsilli Aram Muradyanı 2:0 hesabı ilə məğlub edib. Finalda isə Mixail Tomilov (Rusiya) üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Beynəlxalq Universitet İdman Festivalında ölkəmizi 6 taekvondoçu təmsil edir.